RU

Qusarda 67 yaşlı kişi qətl törədib

Qusar rayonunda qətl törədilib.

APA-nın Şimal bürosu xəbər verir ki, 1958-ci il təvəllüdlü Əlibəyov Vəkil Saday oğlu qaynı, 57 yaşlı Ömərov Şirin Şəmsəddin oğluna balta ilə xəsarətlər yetirib. Nəticədə Şirin Ömərov ölüb. V. Əlibəyov həmçinin 49 yaşlı Şəlalə Ömərovaya xəsarət yetirib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda fakt araşdırılır.

Избранный
61
3
apa.az

4Источники