RU

Ötən ay 919 Çağrı Mərkəzinə 9 minə yaxın zəng daxil olub

Bakı, 11 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin iyul ərzində 8 min 741 zəng cavablandırılıb.

Bu barədə AZƏRTAC-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul edilən zənglərin 2 min 621-i müvəqqəti yaşama icazəsi, 237-si müvəqqəti olma müddətinin uzadılması, 558-i vətəndaşlıq məsələləri, 952-si olduğu yer üzrə qeydiyyat, 376-sı daimi yaşama icazəsi, 907-si iş icazəsi, 298-i inzibati xəta, 2 min 792-si isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi Azərbaycan, rus və ingilis dillərində həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

 

Избранный
113
8
azertag.az

10Источники