RU

“Bakıda “Qarabağ”dan bunun əvəzini çıxmaq möcüzə sayılmamalıdır”

“Şkendiya”nın baş məşqçisi Jeton Beqiri növbət dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Şimali Makedoniya mətbuatına açıqlamasında nikbin danışıb.

Komandası evdəki ilk görüşdə 0:1 hesabı ilə məğlub olsa da, Beqiri pley-offa vəsiqə ümidini itirmir:

“Bakıdakı oyunda hər şeyimizi ortaya qoymağa çalışacağıq. Düzdür, “Qarabağ” səfərdə qalib gəlməklə üstünlük qazandı.

Ancaq bu, faciəvi nəticə deyil. Bakıda bunun əvəzini çıxmaq möcüzə sayılmamalıdır. Hadisələrə nikbin yanaşırıq, səfərə müsbət ab-havada yollanacağıq”.

"Qarabağ” – “Şkendiya” oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Избранный
1
50
sportinfo.az

10Источники