RU

Siyəzəndə iynə vurulan biraylıq körpə öldü

Siyəzəndə biraylıq körpə iynədən ölüb.

BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, Siyəzən şəhər sakini, biraylıq Əli Aqşin oğlu Novruzova iynə vurulub. İynədən sonra körpə ölüb.

Uşağın babası Camal Novruzov hüquq-mühafizə orqanlarına bununla bağlı şikayət edib.

Şikayətçi ərizəsində həmyerlisi 1958-ci il təvəllüdlü Mənsurə Cəlal qızı Ağayevanın onun nəvəsi Əli Novruzova iynə vurmasını, nəticədə nəvəsinin ölməsini bildirib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Избранный
63
16
far.az

10Источники