Olaylar.az xəbər verir ki, bu barədə Amerikanın siyasi şərhçisi və radio aparıcısı Stiv Gill TASS agentliyinə bildirib.
Gill vurğulayıb ki, "Ukrayna münaqişəsi bir gün sona çatacaq və ABŞ ilə Rusiya arasında münasibətlərdə yeni mərhələ başlayacaq. Bu mərhələ nə qədər tez başlasa, bir o qədər yaxşıdır." O əlavə edib: "Tramp və Putin birbaşa danışdıqda, bu, həm Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinin, həm də ABŞ ilə Rusiya arasında biznes, siyasi və mədəni əlaqələrin yaxşılaşması perspektivlərini artırır."
Radio aparıcısı qeyd edib ki, "Trampın son mətbuat konfranslarından bəlli olur ki, ona bir sıra qlobal məsələlər, o cümlədən Ukrayna-Rusiya münaqişəsi barədə düzgün məlumatlar verilməyib."
"Əgər Prezident Trampa dəqiq məlumatlar və etibarlı kəşfiyyat təqdim olunarsa, onun yaxşı qərarlar verəcəyinə inanıram", - Gill deyib.
Xatırladaq ki, Tramp keçən həftə Alyaskada avqustun 15-də Putini ilə görüş gözlədiyini bildirib. Daha sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu danışıqların planlarını təsdiqləyib. Onun sözlərinə görə, liderlər Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həlli variantlarını müzakirə edəcəklər. Uşakov həmçinin qeyd edib ki, növbəti görüşün Rusiya ərazisində keçirilməsi gözlənilir.