RU

Zəlzələdə ölən əmisi imiş Foto

ain.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Türkiyəli aktrisa Eylül Tumbar Balıkesirdəki zəlzələdə əmisini itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. 

Yaxınlarının dağıntılar altında qaldığını açıqlayan aktrisa, sonrakı paylaşımda əmisinin vəfat etdiyini bildirib: “Onu xilas edə bilmədilər, başımız sağ olsun. Yenə də ona dəstək olan hər kəsə təşəkkür edirəm”. 

Qeyd edək ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Zəlzələ zamanı 1 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb. Hazırda 4 yaralının müalicəsi davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
26
qafqazinfo.az

10Источники