RU

Polis Qarabağ sanitariya gigiyena qaydalarına ciddi əməl etməyə çağırır

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

DİN mətbuat xidmətindən verilən məlumata görə, respublikanın dörd bir yanında, o cümlədən hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs olan Qarabağ torpaqlarında polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir. 

Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində səfalı torpaqlarımızın füsunkar təbiətinə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir. Məişət tullantılarını hara gəldi atmaq, ətraf-mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir.

Hər kəsi vətəndaşlıq borcunu yerinə yetirməyə, zibili, tullantıları urnalardan kənara atmamağa, sülh və əmin-amanlıq simvoluna çevrilən Qarabağı təmiz saxlamağa çağırırıq!

P.ƏMİRCANOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
52
9
xalqqazeti.az

10Источники