Jurnalist Leyla Behbudlu “İmişli” PFK-nın mətbuat katibi təyin edilib.
Paralel.az xəbər verir ki, o, bu gün heyətə rəsmən təqdim olunub.
Qeyd edək ki, Leyla Behbudlu bir çox media qurumlarında çalışıb, son olaraq İctimai TV-də fəaliyyət göstərib.
Bundan əlavə o, bakalavr təhsilini BDU-nun jurnalistila fakültəsində, magistr təhsilini isə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası ixtisası üzrə tamamlayıb.
Həmidə İbrahimova