
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danşığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Kremlin məlumatına görə, söhbət İrəvanın təşəbbüsü ilə baş tutub.
Paşinyan Vaşinqtonda Tramp və Əliyevlə görüşün nəticələri barədə Putini ətraflı məlumatlandırıb.
“Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün nəticələri barədə ətraflı məlumat verib”, - məlumatda bildirilib.
Rusiya Prezidenti İrəvanla Bakı arasında davamlı sülhün təmin olunması üçün atılan addımların vacibliyini qeyd edib və Moskvanın bu prosesə kömək etməyə hazır olduğunu bildirib.
Putin Paşinyanla telefon danışığında ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla söhbətinin nəticələri və ABŞ lideri Donald Trampla Alyaskada görüşə hazırlıq məsələləri barədə danışıb.
Ermənistanın Baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.
Liderlər Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində ticarət və investisiya əməkdaşlığı və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.