AZƏRTAC xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. "Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər”, deyə zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.
10Источники
-
news24.azBıçağı uşaqlarımın boğazına söykəyib hədələdilər ki, başlarını kəsirik ( 20235237)
-
ulusum.azErmənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər ( 20230896)
-
demokrat.azXocalıda girov götürülmüş qadın: Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər ( 20230800)
-
day.azBıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər - Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu zamanı girov götürülmüş şəxs ( 20230503)
-
azvision.az"Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər" ( 20230362)
-
viral.az”Bıçağı uşaqlarımın boğazına dirəməklə mənə iztirab verirdilər” ( 20230212)
-
redaktor.az''Bıçağı uşaqlarımın boğazına dirəməklə mənə iztirab verirdilər'' - Xocalıda girov götürülən şəxs ( 20230143)
-
konkret.az“Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər” – Məhkəmə ( 20230005)
-
cebheinfo.azXocalı əsiri: "Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər" ( 20229714)
-
bizim.media“Bıçağı uşaqlarımın boğazına söykəməklə mənə iztirab verirdilər” ( 20229636)