"Səbail" klubu daha bir transferi rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, "dənizçilər" təcrübəli qapıçı Rəşad Əzizlini heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 1 illik müqavilə imzalanıb.
R. Əzizli daha öncə də "Səbail"də çıxış edib. Onun son klubu isə "Sumqayıt" olub.