RU

“Növbəti beş ildə Qazaxıstan rəqəmsal dövlətə çevrilməlidir” Prezident

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Hazırda dünyada süni intellektin sürətli inkişafı ilə bağlı mühüm texnoloji dəyişikliklər baş verir. Bu texnologiya dünyanın bütün ölkələrinin inkişafına birbaşa təsir göstərir, onsuz qlobal rəqabətə tab gətirmək indi mümkün deyil. Bir sözlə, qabaqcıl texnologiyalar milli müstəqilliyin açarına və iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilib”.

525.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev süni intellektin inkişafı ilə bağlı iclasda deyib.

“Biz süni intellekt sahəsində müəyyən irəliləyiş əldə etmişik, amma arxayın ola bilmərik, bu strateji istiqamətdə fəal işləməliyik. Mən bu işi ən mühüm prioritetlərdən biri hesab edirəm.

BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) proqnozuna görə, 2033-cü ilə qədər süni intellekt bazarı 4,8 trilyon dollara çata bilər. Onun qlobal texnologiya sənayesindəki payı isə 7 faizdən 29 faizə yüksələcək. Bu, görünməmiş artımdır”, - Prezident bildirib.

O, əlavə edib ki, yaxın beş ildə Qazaxıstan rəqəmsal dövlətə çevrilməlidir. Bu, aydın və dəyişməz məqsəddir: “Biz süni intellektin potensialından tam istifadə edən ölkəyə çevrilməliyik. Bu ali məqsədə çatmaq üçün strateji kursu dəqiq müəyyən etmək lazımdır. Qlobal texnoloji rəqabət və süni intellektin dinamik inkişafı kontekstində səylərimizin bütövlüyünü və davamlılığını təmin edən hərtərəfli proqrama ehtiyacımız var. Hökumət Strateji Planlaşdırma və İslahatlar Agentliyi ilə birlikdə süni intellektin inkişafı və ölkənin rəqəmsal transformasiyası ilə bağlı sistemli sənəd hazırlamalıdır. Sənəd tamamilə praqmatik, aydın olmalı və gələcək işimiz üçün bələdçi rolunu oynamalıdır”.

Kasım-Jomart Tokayev dövlətin rəqəmsal siyasətinin əsasını təşkil etməli olan doqquz prioritet istiqamət barədə də danışıb: “Birincisi, iqtisadiyyatın real sektorunda süni intellektin tətbiqinə başlamalıyıq. Bu, asan məsələ deyil, lakin həyati əhəmiyyət kəsb edir, çünki iqtisadiyyatın tam modernləşdirilməsinə və əmək məhsuldarlığının artmasına töhfə verəcəkdir. İkinci prioritet dövlət idarəçiliyinin daha da rəqəmsallaşdırılmasıdır”.

O, səhiyyədə süni intellekt texnologiyalarından istifadənin kritik əhəmiyyətini qeyd edib. Digər prioritet vəzifə olaraq süni intellekt sahəsində tənzimləmənin təkmilləşdirilməsinə diqqət çəkib. Prezidentin sözlərinə görə, bütün dünyada süni intellektdən istifadənin hüquqi bazası fəal şəkildə formalaşır.

Prezident bütün rəqəmsal ekosistemin - həm dövlət, həm də kvazi-dövlət - vahid suveren platformaya köçürülməsini göstəriş verib. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafına toxunub. Məlumatların idarə edilməsinin səmərəliliyinin artırılması və kibertəhlükəsizliyin gücləndirilməsi ilə bağlı da məsələlər müzakirə olunub. Bununla yanaşı, dövlət başçısı gənc nəslin süni intellektdən bacarıqla istifadəsinin vacibliyinə diqqət çəkib. Onun fikrincə, bu, ölkədə rəqəmsal transformasiyanın əvəzsiz şərtinə çevrilməlidir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
23
525.az

10Источники