RU

Putin və Paşinyan arasında telefon danışığının təfərrüatları açıqlanıb

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi telefon danışığında ABŞ Prezidenti xüsusi nümayəndəsi Stiv Uitkofla Moskva görüşünün nəticələri barədə məlumat verib. Bu barədə Kremlin rəsmi Telegram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Putin ABŞ nümayəndəsi ilə aparılan müzakirələrin əsas məqamlarını və Alyaskada ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşə hazırlığı bölüşüb.

Kreml həmçinin bildirib ki, Ermənistan Baş naziri Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə yönəlmiş Rusiya və ABŞ-ın addımlarını dəstəkləyib.

//Samir Qurbanov, Editor.az

Избранный
55
27
editor.az

4Источники