RU

Netanyahu HƏMAS-ın təkliflərini rədd etdi

HƏMAS girovlarla bağlı danışıqlarda İsraili çaşdırıb.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu mətbuat konfransında çıxışında deyib.

Onun sözlərinə görə, HƏMAS “Nuhba” terrorçularının azad edilməsini, hərbi əməliyyatların dayandırılması üçün məcburi beynəlxalq təminatın verilməsini, İsrailin Qəzzadan, o cümlədən, Filadelfiya dəhlizindən çıxmasını tələb edib.

Baş nazir heç bir hökumətin belə bir razılaşmanı qəbul etməyəcəyini bildirib.

Netanyahu qeyd edib ki, israilli girovları qaytarmağın yeganə yolu HƏMAS-ı məğlub etməkdir:

“HƏMAS-ın məhv edilməsi İsrailin təhlükəsizliyi və gələcəyi üçün şərtdir. Qətliamı törədənləri özbaşına buraxa bilmərik. İsrail Yaxın Şərqdə tarixi dönəmdədir. Dedik ki, Yaxın Şərqin simasını dəyişəcəyik və bunu edirik”.

Избранный
45
46
axar.az

10Источники