RU

Onu ömürlük həbs etdilər

  Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Referans bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli cinayətdə təqsirli bilinənlərdən biri qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilib.

 

Cinayət işində əsas epizod üç il əvvəl Tovuzun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayır. Həmin yanğın nəticəsində evin böyük hissəsi külə dönüb. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu - 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib.

 

Prokurorluğun keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Elcan Bağırov və 17 yaşlı Q.Quliyev oğurluq məqsədilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib.  

Избранный
71
50
referans.az

10Источники