RU

Bakıda 12 avtobusun dayanacaq yeri müvəqqəti dəyişdirildi - SƏBƏB

Bu gün saat 12:00-dan Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Verilən məlumata görə, məhdudlaşdırma sabah stadionda keçiriləcək "Qarabağ"-“Şkendiya” oyunu ilə əlaqədardır. Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

Избранный
8
50
bakivaxti.az

10Источники