SAVASHMEDİA.az Lenta.ru portalına istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini, qatı ermənipərəst və şovinist Konstantin Zatulin iddia edib.
Zatulin qeyd edib ki, Azərbaycanın Ukraynadakı terminalları və qaz infrastrukturu obyektləri hərbi əməliyyatlar üçün istifadə edilə bilər.
Onun sözlərinə görə, Zelenski ilə Əliyev arasında söhbət gözlənilən olub, çünki Azərbaycan lideri Moskvaya münasibətini nümayiş etdirmək fürsətini əldən vermir, Ukrayna prezidenti isə onu bunda dəstəkləyir.
“Əgər biz Amerika və Fransa silahlarından qorxmuruqsa, o zaman hərbi baxımdan əhəmiyyətli ölkə olmayan Azərbaycandan gələn silah-sursat Ukraynada xüsusi hərbi əməliyyatın gedişində bizi, çətin ki, dayandıra bilər. Ona görə də bu qorxutma, vahimə həssas insanlarda təsir doğurmalıdır”, - Azərbaycan dövlətinə, xalqına və onun liderinə qarşı nifrətlə köklənmiş rus deputatı vurğulayıb.
Xatırladaq ki, bundan öncə Zelenski bildirmişdi ki, o, Əliyevi Rusiyanın Ukraynadakı enerji obyektlərinə zərbələri barədə məlumatlandırıb. Onun fikrincə, bu, Kiyev və Avropa ölkələri üçün enerji müstəqilliyinə zəmanət verən enerji marşrutlarını bağlamaq üçün Moskvanın düşünülmüş cəhdidir.
10Источники
-
demokrat.azBakının Ukraynaya yardımı Zatulini özündən çıxardı Bu əhəmiyyətsiz ölkə... ( 20237871)
-
demokrat.azBakının Ukraynaya yardımı Zatulini özündən çıxardı — "Bu əhəmiyyətsiz ölkə..." ( 20237817)
-
reyting.azRusiya Ukraynada Azərbaycan qazının ötürüldüyü stansiyaya zərbə endirib ( 20109117)
-
news24.azSON DƏQİQƏ! Rusiya Azərbaycan qazını Ukraynaya ötürən stansiyanı VURDU ( 20075997)
-
baki-xeber.comRusiya Ukraynada Azərbaycan qazının nəql olunduğu kəməri vurdu... ( 20082951)
-
veteninfo.azRusiya Ukraynaya Azərbaycandan qaz gələn kəməri vurdu ( 20080305)
-
bakivaxti.azAzərbaycan qazının nəql olunduğu infrastruktura hücum olub Ukrayna ( 20077758)
-
apa.azUkrayna Rusiyanın Azərbaycan qazının da nəql olunduğu stansiyaya hücum etdiyini təsdiqləyib ( 20077698)
-
fed.azUkrayna Rusiyanın Azərbaycan qazının da nəql olunduğu infrastruktura hücum etdiyini təsdiqləyib ( 20077692)
-
mia.azRusiya Azərbaycan qazının ötürüldüyü stansiyanı vurub Ukrayna Energetika Nazirliyi məlumat yayıb ( 20077005)