RU

"Bayer" "Leypsiq"in qapıçısını heyətinə qatıb

"Leypsiq"in qapıçısı Yanis Blasvixin "Bayer"ə keçidi rəsmiləşib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiper ilə 2 illik müqavilə bağlanıb. Bu transfer üçün 2 milyon avro ödənilib.

Xatırladaq ki, Blasvix son üç mövsümdə "Leypsiq"in heyətində çıxış edib. Keçən mövsüm isə o, icarə əsasında Avstriyanın "Red Bull Zalsburq" klubunda oynayıb. Əvvəlcə "Bayer" məşhur fin qapıçı Luks Qradetski ilə yollarını ayırıb. Qradetski "Monako"ya transfer olub və karyerasını orada davam etdirəcək.

Leverkuzens klubu keçən mövsümün sonunda heç bir titul qazanmadan mövsümü başa vurub. Yayda isə komandaya hollandiyalı mütəxəssis Erik ten Hag baş məşqçi təyin edilib.

Избранный
87
14
90deqiqe.az

10Источники