RU

Azərbaycanın media nümayəndələri Türkiyənin beynəlxalq xəbər kanalında oldular

BAKI, 11 avqust. TELEQRAF

Türkiyə Səfirliyi Media müşavirliyinin təşəbbüsü, “SERANİT” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Seranit ilə İlham Verən Bir Kəşf” proqramı çərçivəsində Azərbaycanın media nümayəndələri Türkiyənin beynəlxalq xəbər kanalı "TRT World"-a səfər ediblər.

“TRT World”-ün direktoru Mevlüt Selman Tecim Teleqraf-a açıqlamasında kanalın fəaliyyəti haqqında məlumat verib.

O, bildirib ki, "TRT World" TRT-nin ingilis dilində yayımlanan kanalıdır: "TRT kanalı Azərbaycanın AzTV kanalı ilə çox yaxın əməkdaşlıq edir və birgə həyata keçirdiyimiz layihələr də mövcuddur. "TRT World" kanalında rəqiblərimizə nisbətən bütün dünyada yayımlanan, bütün dünyadan auditoriyaya alternativ təqdim edən beynəlxalq bir yayım həyata keçiririk. Ən böyük strateji hədəfimiz odur ki, Türkiyənin dünyada həqiqi hekayəsini anlatmaq, Türkiyənin bölgədə sülhə, müstəqilliyə və rifaha simvol olduğunu göstərmək, qlobal dünyada humanitar yardıma diqqət çəkmək, Türkiyəyə qarşı aparılan qara propaqanda və dezinformasiyanın qarşısını almaq və qlobal sistemdəki qüsurları aradan qaldıraraq daha ədalətli bir dünya yaratmaqdır. Bunlar bizim əsas strategiyamızdır".

Kanal rəsmisi bildirib ki, "TRT World"ün rəqəmsal yayımları arasında Azərbaycan dili də var: "18 ölkədə xaricdə təmsilçiliklərimiz var. Bakıda da təmsilçiliyimiz mövcuddur".

Mevlüt Selman Tecim vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması və ticarətin davam etməsi Azərbaycan, Türkiyə və Ermənistan - üç qonşu ölkənin ticarət, siyasi və strateji sahələrdə birgə işləməsi baxımından böyük əhəmiyyət daşıyır.

"Hazırda şərtlər tam olaraq müəyyənləşməyib. ABŞ-nin prosesə daxil olması isə fərqli bir mərhələdir və nəticəni zaman göstərəcək. Xüsusilə, Türkiyə və Azərbaycanın xeyrinə bu prosesin tamamlanacağına ümid edirik. Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Ermənistan öz aralarında qərar verəcəkləri mexanizma həyata keçirdilər. Bu mərhələdə Rusiya prosesə daxil ola bilmədi ki, bu da əhəmiyyətli bir gedişatdır. İranın da prosesin sülh və sabitliklə nəticələnəcəyi halda bu prosesə qoşulacağını düşünürəm. Azərbaycan, Türkiyə, Ermənistan və İranın dörd qonşu ölkə olaraq ortaq bir layihədə yer alması həm regional, həm də qlobal sabitlik baxımından mühüm nəticələr doğura bilər", - deyə kanal rəsmisi vurğulayıb.

Избранный
8
5
teleqraf.com

5Источники