12 avqust saat 08:00-dan etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, bu, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılacaq təmir işləri ilə əlaqədardır: “Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş olunur”.