RU

Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili avqustun 12-də Türkiyəyə ilk rəsmi səfər edəcək.Metbuat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə - Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Избранный
9
24
metbuat.az

10Источники