RU

İran və İraq təhlükəsizlik sazişi imzaladı

İran və İraqın rəsmiləri təhlükəsizlik məsələləri üzrə birgə anlaşma memorandumu imzalayıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənəd İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və İraqın Milli Təhlükəsizlik Müşaviri Qasim əl-Araci arasında Bağdadda imzalanıb.

Tədbirdə Baş nazir Məhəmməd Şia əl-Sudani də iştirak edib.

Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əl Laricani bu vəzifədə ilk səfərini avqustun 11-də İraqa edib.

Избранный
23
35
publika.az

10Источники