RU

Bu avtobusların yolu DƏYİŞDİRİLƏCƏK

Yazını böyüt
Yazını kiçilt

2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 12-dən aidiyyəti qurum tərəfindən paytaxtın Uluqbəy küçəsində (Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişməsindən Əhməd Rəcəbli küçəsinədək olan hissədə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Həmçinin Əhməd Rəcəbli küçəsində əvvəlcədən tətbiq edilən məhdudiyyət qismən aradan qaldırılacaq.

“Bununla əlaqədar Ağa Nemətulla küçəsi (Fətəli xan Xoyski küçəsindən Uluqbəy küçəsinədək olan hissə) ilə hərəkət edən 2, 9, 11 və 24 nömrəli marşrutların hərəkəti dəyişdirilərək Əhməd Rəcəbli küçəsi ilə təşkil ediləcək”-məlumatda qeyd edilib.

Избранный
14
20
hafta.az

10Источники