RU

Son 6 ayda əsas kapitala 10 milyard manata yaxın vəsait yönəldilib

2025-ci ilin yanvar-iyul aylarında əsas kapitala 9 milyard 911,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 18,4 faiz azalıb, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 15 faiz artıb.

İstifadə olunmuş investisiyanın 5 milyard 46,1 milyon manatı və ya 50,9 faizi məhsul istehsalı sahələrinə, 3 milyard 335,2 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 1 milyard 530,5 milyon manatı (15,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 598,7 milyon manatını və ya 76,7 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 7 milyard 822,3 milyon manatı və ya 78,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Избранный
43
5
azerbaijan-news.az

10Источники