RU

Saxta spirtli içkilər satan market aşkarlandı

Daxil olan müraciət əsasında Biləsuvar rayonu, Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus "Turabov" marketdə plandankənar yoxlama keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, baxış zamanı müəssisədə beş ədəd 250 ml-lik "Naturel organic vodka" əmtəə nişanlı araq məhsulunun, həmçinin üç ədəd litrlik və iki ədəd 0.5 l-lik "Belaya organic vodka" əmtəə nişanlı araq məhsulunun üzərində qeyd olunan VÖEN-in müəyyən olunmaması faktı aşkarlanıb.

Eyni zamanda, iki ədəd iki l-lik "Vip BAKU organic vodka" əmtəə nişanlı araq məhsulunun üzərində istehsalçısı, istehsal tarixi və ünvanı barədə məlumatların qeyd olunmadığı məlum olub.

Избранный
84
16
publika.az

10Источники