RU

Əks yola çıxan qadın sürücü zəncirvari qəza törətdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

İsmayıllı-Qəbələ yolunda zəncirvari yol qəzası qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 10-da səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA”, “Mercedes” və “Toyota Prius” markalı avtomobillər toqquşub. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb “KIA”nı idarə edən qadın sürücünün əks istiqamətli yolda hərəkət etməsi olub. Hadisə zamanı “Mercedes” və “KIA” yol kənarına düşüb, digər maşına isə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
64
12
avtosfer.az

8Источники