RU

Zelenski və Avropa liderləri Putinlə görüşündən əvvəl Trampla onlayn danışıqlar aparacaq

Avqustun 15-də Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitindən əvvəl Almaniya avqustun 13-də Ukrayna ilə bağlı onlayn görüş təşkil edəcək...

“Report” xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə bildirib.

“Almaniya Kansleri Fridrix Merts ABŞ prezidenti Tramp və Rusiya Prezidenti Putin arasında planlaşdırılan görüş fonunda çərşənbə günü, avqustun 13-də Ukraynadakı mövcud vəziyyətlə bağlı virtual danışıqlara dəvət edib. Danışıqlarda, digər məsələlərlə yanaşı, Rusiyaya təzyiq göstərmək üçün əlavə variantlar da nəzərdən keçiriləcək”, - o qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, mümkün sülh danışıqlarının hazırlanması və bununla bağlı ərazi iddiaları və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

“Danışıqların müxtəlif raundlarında Almaniya, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Ukraynanın dövlət və hökumət başçıları, Avropa Komissiyasının sədri, Aİ Şurasının sədri, NATO-nun baş katibi, həmçinin ABŞ Prezidenti və onun müavini iştirak edəcəklər”, - Kornelius vurğulayıb.

Poliqon.info

Избранный
62
50
poliqon.info

10Источники