RU

Azərbaycanlı müğənni Rusiyadakı bütün konsertlərini LƏĞV ETDİ

Azərbaycanlı müğənni Nəvai (Nəvai Bəkirov) Rusiyanın cənubunda bütün konsertlərini ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
 

Telekanalın məlumatına görə, musiqiçi avqustun 15-dən 18-dək Soçi, Gelencik, Krasnodar və Rostov-na-Donda baş tutmalı olan dörd konserti ləğv edib.


İddialara görə, sənətçi bu qərarı amerikalı reper Akonun çıxışından əvvəl Soçiyə PUA ilə edilən hücumdan sonra verib. Hadisə zamanı tamaşaçılar məkandan təxliyə edilib.

Bəkirovun meneceri telekanala müsahibəsində vəziyyəti şərh etməkdən imtina edib.

Musiqiçinin çıxış etməli olduğu məkanın işçiləri ləğvlərlə bağlı məlumatı təsdiqləyiblər.

Bizim.Media

Избранный
99
bizim.media

1Источники