RU

Lavrovla Mirzoyan arasında AZƏRBAYCAN MÜZAKİRƏSİ - Rusiya mövqeyini BƏLLİ ETDİ

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ sabiq Prezidenti Donald Tramp və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında əlaqələrin detalları barədə Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanla müzakirə aparıb.

News24.az Musavat.com-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Lavrov İrəvan və Bakı arasında dayanıqlı sülhün üçtərəfli razılaşmalar çərçivəsində əhəmiyyətini xüsusi vurğulayıb.

O, Moskvanın Ermənistan və Azərbaycan arasında münasibətlərin kompleks normallaşmasına davamlı dəstək verməyə hazır olduğunu bildirib.

Rusiya XİN-in açıqlamasında qeyd edilir ki, tərəflər regionda sülh və sabitliyin təmin olunması məqsədilə əməkdaşlığı gücləndirməyi məqsədəuyğun sayırlar. Moskva bundan sonra da dialoqun və üçtərəfli razılaşmaların tətbiqinin vacibliyini ön planda saxlayacaq.




Избранный
36
50
news24.az

10Источники