Paytaxt Bakıda yeni tədris ilinə hazırlıqla yanaşı, kirayə mənzil bazarında da canlanma müşahidə olunur. Səbəb isə minlərlə tələbənin bölgələrdən gəlməsidir.
Xezerxeber.az-ın xəbərinə görə, əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, mərkəz ərazilərdəki fərdi yaşayış evlərinin kirayəsi bina evlərindən nisbətən ucuz olsa da, həmin ərazilərdə də söküntülərin artması səbəbindən ucuz mənzil tapmaq çətinləşir. Çünki, sakinlər də kirayəyə çıxmalı olur ki, bu da bazarda tələbi artırır.
Əmlak eksperti bildirir ki, yeni tikililərdə kirayə qiymətləri köhnə binalara nisbətən təxminən iki dəfə bahadır.
Mütəxəssislərin fikirincə, gələcəkdə köhnə tikililərin sürətlə sökülməsi qiymətləri daha da əlçatmaz edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.