RU

Modi: Hindistan Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir

Hindistan Ukrayna münaqişəsinin həllinə sadiqdir və Kiyevlə münasibətləri inkişaf etdirmək əzmindədir.

NOCOMMENT.az xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi sosial şəbəkədə Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığından sonra yazıb.

“Hindistan Ukrayna böhranının həllinə kömək etməyə sadiq qalır. <…> Mən Hindistanın münaqişənin tezliklə və sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı ardıcıl mövqeyini qeyd etdim”, – Modi deyib.

O əlavə edib ki, Zelenski ilə danışmaqdan məmnundur və Hindistan və Ukrayna arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə ümid edir.

Qeyd edək ki, Modi ilə Zelenski arasında telefon danışığı avqustun 11-də baş tutub.

Избранный
23
25
nocomment.az

10Источники