RU

Zelenski ağrılı güzəştlərə getməli olacaq - "Welt"

Ukrayna prezidenti Volodimir Zelenski son nəticədə ərazi kompromislərinə getməli olacaq.

Qaziler.az-ın məlumatına görə, bu fikirləri “Welt”in alman jurnalisti Kristof Vanner bildirib.

Onun sözlərinə görə, Ukraynada olarkən o, dəfələrlə dövlət çevrəsinə yaxın  adamlardan eşidib ki, Kiyev çox güman ki, ağrılı güzəştlərə getməli olacaq.

“Zelenski hazırda ciddi problem içindədir. Xüsusilə də nəzərə alsaq ki, beynəlxalq müstəvidə Ukraynanın torpaqlarını itirməsi ilə bağlı söhbətlər getdikcə artır. Burada - Ukraynada, xüsusilə Zelenskiyə yaxın adamlardan tez-tez eşidirəm ki, ağrılı kompromislərə getmək lazım gələcək. Görünür, bu, Ukrayna üçün acı reallıqdır”, - alman jurnalist qeyd edib.

QAZİLER.AZ

Избранный
30
50
qaziler.az

10Источники