RU

Kənan Məstəliyev: Qurban Qurbanov ən zəif rəqibi də tərifləyir

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının növbəti buraxılışı yayımlanıb.

Bu dəfə podkastın qonağı idman jurnalisti Kənan Məstəliyev olub. Buraxılışda futbol klublarımızın avrokuboklardakı çıxışı haqqında fikir mübadiləsi aparılıb. Kənan Məstəliyev "Qarabağ"ın Şimali Makedoniyanın "Şkendiya" klubu ilə ilk matçını şərh edib.

"Sözügedən oyunda Ağdam klubu üstün tərəf idi. Onun qələbə qazanması təsadüfi olmadı. Qurban Qurbanovun olduğu komandada rəqibə yuxarıdan aşağı baxmaq mümkün deyil. O, ən zəif rəqiblə oynasa belə, həmin komandanı həmişə tərifləyir. Bu səbəbdən də Qurban Qurbanov yüksək nəticələr qazanıb.

"Qarabağ" "Şkendiya" ilə səfər matçında oyunun birinci hissəsini yaxşı oynadı. İkinci hissənin əvvəlindən isə komandanın fiziki hazırlığı yaxşı olmadığı üçün məcburən geri çəkildilər. Cavab matçına gəlincə isə düşünürəm ki, "Şkendiya" "köhlən atlar"ın keçə biləcəyi rəqibdir", - deyə o bildirib.

Kənan Məstəliyev, həmçinin "Araz-Naxçıvan"ın "Omoniya" ilə görüşündə məğlubiyyətinin səbəblərinə aydınlıq gətirib.

"Matçın əvvəlində "Omoniya" 1-2 qol vurandan sonra komanda özünə gələ bilmədi. "Araz-Naxçıvan"da arxayınlıq var idi. Komandanı "Aris"lə matçdan sonra çox təriflədik. Buna görə futbolçular eyforiyaya qapıldılar. Komandanın ciddi problemləri var. Məşq etməyə meydançaları yoxdur. Bu sistemsizliklə "Araz-Naxçıvan"ın avrokuboka gəlməsi, hətta "Aris"i keçməsi möcüzə idi", - deyə o qeyd edib.

Ətraflı süjetdə:

Kənan Məstəliyev: "Qurban Qurbanov ən zəif rəqibi də tərifləyir"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
50
oxu.az

10Источники