RU

Cənubi Çin dənizində iki Çin hərbi gəmisi toqquşub

İki Çin hərbi gəmisi Cənubi Çin dənizindəki Huangyan adasında Filippin gəmisini təqib edərkən toqquşub.

APA xəbər verir ki, bununla bağlı “Manila Bulletin” qəzeti məlumat yayıb.

Məlumata görə Çin Sahil Mühafizəsinə aid qayıq su şırnağından istifadə edərək Filippin gəmisini təqib etdiyi zaman gözlənilmədən Xalq Azadlıq Ordusunun daha böyük döyüş gəmisi ilə toqquşub.

Toqquşma nəticəsində döyüş gəmisinin gövdəsində deşik yaranıb, qayığın isə burun hissəsi deformasiyaya uğrayıb.
Избранный
41
9
sherg.az

10Источники