RU

Qeybdən gələn moped sürücüsü yola qəfil çıxaraq təhlükə yaratdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda qaydaları pozan moped sürücüsü təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, iyulun 31-də, paytaxtın İnşaatçılar prospektində qeydə alınıb. Belə ki, "Bolt" daşıma şirkətinə məxsus mopedin sürücüsü gözlənilməz şəkildə yola daxil olub. O, görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq təhlükə yaradıb, sonra isə arxadan gələn digər sürücüyə maneə törədib. Heç nə olmamış kimi qoşa xəttin tələbini pozaraq yoluna davam edib.

Qeydiyyat nişanı olmadığı üçün sürücü bu qayda pozuntusunu rahatlıqla törədərək məsuliyyətdən boyun qaçırıb.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
avtosfer.az

1Источники