RU

“İki dəqiqə ərzində Putinin məqsədini anlayacağam” - Tramp

ABŞ prezidenti Rusiya lideri ilə konstruktiv söhbətə ümid etdiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, Ağ Evdə jurnalistlərə açıqlama verən Donald Tramp, "hər iki tərəf üçün ən yaxşı sövdələşməni" axtardığını əlavə edib:

"Yəqin ki, ilk iki dəqiqə ərzində mən sövdələşmənin mümkün olub-olmadığını biləcəyəm", -  deyə ABŞ lideri ifadə edib.  Sezar pizza

Həmçinin, Tramp Vladimir Putinin ABŞ-yə səfərinin simvolizmini qeyd edərək, bunu “hörmət jesti” adlandırıb 

ABŞ prezidenti əmindir ki, o, vəziyyətə nəzarət edə və münaqişənin qlobal toqquşmaya çevrilməsinin qarşısını almağa qadirdir. Eyni zamanda, o, görüşün “yaxşı” və ya “pis” nəticə ilə yekunlaşa biləcəyini də etiraf edib./"Unikal"


Telegram kanalımız
Избранный
22
50
yenisabah.az

10Источники