RU

Orban Aİ-nin Ukrayna ilə bağlı bəyanatını dəstəkləməyib

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqı ölkələrinin Ukrayna münaqişəsinin həlli ilə bağlı bəyanatını dəstəkləməyib...

Poliqon xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Avropa ölkələrinin sənədində Aİ liderləri Kiyevin Avropaya inteqrasiya siyasətini dəstəkləyiblər.

"Macarıstan bu bəyanata qoşulmayıb", deyə nəlumatda vurğulanır.

Amerikanın Politico qəzeti bundan əvvəl yazmışdı ki, Avropa ölkələrinin liderləri nəyin bahasına olursa olsun, Ukrayna prezidenti Volodimir Zelenskinin Alyaskada danışıqlar masası arxasında oturmasını təmin etmək istəyirlər.

Nəşrin mənbələri onu da iddia edib ki, Aİ Xarici Əlaqələr Şurası artıq avqustun 15-də ABŞRusiya liderlərinin görüşünün nəticələrinə uzaqdan təsir strategiyası hazırlayır. Avropa rəsmilərinin bu mövzuda səs-küylü bəyanatlar vermək istəmədiyi qeyd olunur.

RusiyaABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskada baş tutacaq. Əsas vurğulanan mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazilərin mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər.

Poliqon.info

Избранный
74
50
poliqon.info

10Источники