UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, mərhələnin cavab görüşləri bir oyunla start götürəcək.
İlk pley-offçu Dublində müəyyənləşəcək. "Qarabağ"ın Çempionlar Liqasının 2-ci mərhələsində üstələdiyi "Şelburn" İrlandiyada "Riyeka"nı qonaq edəcək. Sözügedən komanda ötən həftə səfərdə Xorvatiya təmsilçisini məğlub etməyi bacarıb.
UEFA Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
12 avqust
22:45. Şelburn (İrlandiya) - Riyeka (Xorvatiya)
İlk oyun - 2:1.