Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 6 qumbara, 4 alışdırıcı, 17 tüfəng, 1 patron darağı və müxtəlif çaplı 64 ədəd patron aşkar edərək götürüblər.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat daxil olub.
Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
"Cebheinfo.az"