RU

Dənizdə batan şəxsin meyiti tapılıb

Avqustun 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.

Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Избранный
243
47
yeniazerbaycan.com

10Источники