"Traxtur" futbol üzrə İran Superkubokunun qalibi olub.
Gunaz.tv
Son ölkə çempionu olan “Traxtur” “İstiqlal”la qarşılaşıb.
Avqustun 11-i yerli vaxtla axşam saat 19:30-da İsfahan şəhərində baş tutan qarşılaşma "Traxtur"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Traxtur”un qələbəsindən sonra Təbrizdə insanlar meydanlara, küçələrə axın ediblər. Təbrizdə izdiham yaşanıb.
"Traxtur" klubunun tərəfdarları Təbrizin mərkəzi meydanına toplaşaraq milli şüar səsləndiriblər.