RU

Rusiyalı qapıçı PSJ-ni tərk etmək istəmir

PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov Fransa klubundan ayrılmaqdan imtina edib.

Operativ Media xəbər verir ki, bu haqda Le10sport.com saytı məlumat yayıb.

Mənbənin məlumatına görə, 26 yaşlı futbolçuya son həftələrdə başqa klublara keçid üçün bir neçə variant təklif olunub. Lakin qapıçı Parisi çox bəyəndiyi üçün ayrılmaq fikrindən dərhal imtina edib.

Ancaq Safonov 2025/26 mövsümündə ehtiyat qapıçı roluna razı olmasa, yay transfer pəncərəsində başqa kluba keçid hələ də mümkündür.

2024/25 mövsümündə Safonov 17 matçda 13 qol buraxıb, 7 dəfə qapısını toxunulmaz saxlayıb. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

"Transfermarkt" futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.

Избранный
25
operativmedia.az

1Источники