RU

Laçında hərbi qulluqçuların məişət şəraiti və döyüş hazırlığı ilə tanışlıq – REPORTAJ

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün növbəti media-tur təşkil edilib.

“Poliqon” xəbər verir ki, Laçın rayonunda yerləşən “N” hərbi hissəsinə təşkil edilən media-turda mətbuat nümayəndələri əvvəlcə şəxsi heyətin qidalanması ilə tanış olub.

DSC

Yeməkxanada çalışan Mirvari Rüstəmova fikirlərini bölüşərək, qidalanmanın yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Əsgərlərimiz burada çox gözəl qidalanırlar. Hər gün yeməklər vaxtında, isti-isti hazırlanır. Onların sağlam və enerjili olması vacibdir. Çünki əsgərlərimiz Vətənin keşiyində dayanır, bizləri qoruyurlar. Biz burada xidmət edən əsgərlərə öz balamız kimi yanaşırıq. Mən işğaldan azad olunmuş torpaqlarımızda çalışdığım üçün fəxr edirəm. Bizə bu imkanı yaradan Ali Baş Komandanımıza, Müdafiə Nazirliyinə və Azərbaycan Ordusuna təşəkkürümü bildirirəm”.

Daha sonra media nümayəndələri tərəfindən şəxsi heyətin məişət şəraitinə, fiziki və döyüş hazırlığına baxış keçirilib, hərbi qulluqçuların ərazidə irəliləmə və snayper fəaliyyətləri izlənilib.

Media-tur çərçivəsində İkinci Qarabağ müharibəsində iştirak etmiş hərbi qulluqçu “Poliqon”a açıqlama verib.

DSC

“2020-ci ildən Azərbaycan Ordusunun sıralarında xidmət edirəm və bu gün də şərəflə xidmətimi davam etdirirəm. 44 günlük Vətən müharibəsində Xocavənd, Cəbrayıl, Füzuli istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Ali Baş Komandanımızın rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbə şanlı tariximizin parlaq səhifələrindən biridir.

Bu gün işğaldan azad edilmiş torpaqlarda xidmət aparmaq bizə çox böyük bir qürur hissi verir. O vaxtlar biz bu yerlərə həsrətlə baxırdıq. İndi isə azad edilmiş torpaqlarımızda bayrağımız altında xidmət aparmaq, bu torpaqlara həyatın qayıtdığını görmək bizim üçün böyük bir fəxrdir”, – deyə hərbi qulluqçu vurğulayıb.

Onun sözlərinə görə, məişət şəraiti yüksək səviyyədədir və günü-gündən daha da yaxşılaşdırılır: “Bu sahədə komandir heyətimizin və rəhbərliyin diqqəti daim üzərimizdədir. Əsgərlərin rahatlığı, sağlamlığı və keyfiyyətli xidmət aparmaları üçün hər cür şərait yaradılıb. Yemək təminatımız olduqca yaxşıdır. Yataqxanalarmız, təminatımız yüksək səviyyədədir. Fiziki və döyüş hazırlığımıza xüsusi diqqət yetirilir.

Bu gün bir daha fəxrlə deyə bilərəm ki, biz qalib xalqın qalib Ordusuyuq. Biz bu zəfərin bir parçası olmuşuq və indi də onu qoruyuruq. Qürurverici məqamdır ki, 44 Günlük Vətən müharibəsində və ondan sonra baş verən döyüşlərdə göstərdiyimiz uğurlar Ali Baş Komandan və yuxarı rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanılır, qiymətləndirilir. Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Ordumuzun komandanlığına və Müdafiə Nazirliyinə bizə yaradılan bu yüksək şəraitə və göstərilən diqqətə görə minnətdarlığımı bildirirəm”.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

DSC

Избранный
28
1
poliqon.az

2Источники