RU

Uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilib

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

İndiyədək ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesində 32 min 371 nəfərin sorğusu təsdiqlənib, 4104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 1669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 min 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.

Qeyd edilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib.

Nigar

“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
19
cebheinfo.az

10Источники