RU

AHİK-də mətbuat konfransı təşkil edilib - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mətbuat konfransı keçirilib.

APA xəbər verir ki, tədbirdə əvvəlcə həmkarlar ittifaqlarının fəaliyyətində son bir il ərzində tətbiq edilən yenilikləri, həyata keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra AHİK nümayəndələri tərəfindən media mənsublarına həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması istiqamətində reallaşdırılan tədbirlər və sosial layihələr barədə ətraflı məlumat verilib.

Bildirilib ki, konfederasiyada “Çağrı Mərkəzi”, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, həmçinin “Kurort” Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayıb.

Konfederasiyanın sanatoriya və istirahət mərkəzlərində yenidənqurma və təmir işləri aparılır, şərait yaxşılaşdırılır. Qida təminatı sahəsində də yeniliklər edilib, menyular qida təhlükəsizliyi standartlarına uyğunlaşdırılıb, sanitariya və gigiyena qaydalarına nəzarət gücləndirilib.

Media təmsilçilərinə “AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”, “Sağlamlığa doğru qaç”, “Görməyə dəyər” layihələri barədə məlumat verilib. Bildirilib ki, yeni layihə - “AHİK Plus” üzərində də iş aparılır. Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.

Tədbirdə media nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə də məlumatlandırılıb. Belə ki, Akademiyada 5 ixtisas üzrə bakalavr, 2 ixtisas üzrə magistr təhsili həyata keçirilir. Ali təhsil ocağında ittifaq üzvlərinin bilik və bacarıqlarının artırılması, ixtisasartırma kurslarının təşkili, həmçinin dövlət qurumları və özəl sektorun sifarişi əsasında təlimlərin keçirilməsi məqsədilə İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi yaradılıb.

Konfederasiya və üzv təşkilatlar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Yeni il, Novruz bayramı və digər əlamətdar günlər münasibətilə mədəni-kütləvi tədbirlər təşkil olunur. Üzvlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə teatr tamaşalarına, konsert proqramlarına kollektiv baxış, həmçinin idman yarışları təşkil olunur. Keçirilmiş tədbirlər çərçivəsində həmkarlar ittifaqı üzvlərinin uşaqlarına 800 minə yaxın hədiyyə təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə çoxdur.

Media nümayəndələrinə AHİK-in beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər, beynəlxalq həmkarlar ittifaqları ilə əlaqələri barədə də ətraflı məlumat verilib.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də AHİK-də
Избранный
62
11
apa.az

10Источники