RU

Azərbaycan və Ermənistan arasında sülh sazişi: sənəddə nə var?

Bakı. Trend:

Azərbaycan ilə Ermənistan arasında "Sülh və dövlətlərarasımünasibətlərin qurulması haqqında Sazişi"nin imzalanması bütünCənubi Qafqazın təhlükəsizlik arxitekturasını dəyişdirən hadisədir.17 maddədən ibarət sənəd yalnız otuzillik münaqişəyə son qoymaqlakifayətlənmir, həm də hər bəndi strateji çəkiyə malik olan yenihüquqi çərçivə yaradır.

Saziş zahirən təmkinli diplomatik üslubda tərtib edilib, lakinonun dəqiq hüquqi formulları arxasında regiondakı güc balansınıdəyişdirən fundamental məqamlar gizlənir. Mətn dörd əsas blokətrafında qurulub:

1. Sərhədlərin tanınması və ərazi iddialarından imtina(I, II, VI maddələr)

2. Təhlükəsizlik və qarışmama prinsipi (III, IV, VII,VIII maddələr)

3. Humanitar və hüquqi məsələlər (IX, XII, XVmaddələr)

4. Diplomatiyanın və ikitərəfli əlaqələrin gələcəyi (V,X, XI, XIII–XVII maddələr)

I maddə sənədin təməl daşıdır. Burada tərəflərbir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalqsərhədlərini tanıyır, SSRİ dövründəki ittifaq respublikalarıarasındakı inzibati sərhədləri əsas götürürlər. Bu, Qarabağınstatusu məsələsini formal olaraq tarixə çevirir.

Bununla belə, VI maddə siyasi manevr üçün meydan saxlayır:dövlət sərhədi delimitasiyaya məruz qalmalıdır. Bu, Azərbaycanınanklavlarının qaytarılması və mübahisəli hissələrindəqiqləşdirilməsi üçün hüquqi imkan açır. Bakı üçün bu, tarixiədalətsizliklərin aradan qaldırılması deməkdirsə, İrəvan üçün xəttüzərində daha bir hissəyə nəzarəti itirmək riski deməkdir.

II maddə mövcud və gələcək bütün iddialardanqarşılıqlı imtinanı, habelə onların hazırlanması və dəstəklənməsinəqadağanı təsbit edir. Beləliklə, hələlik kağız üzərində olsa da,Ermənistanda “Qarabağ revanşizmi” ideologiyasına son qoyur. Praktikmüstəvidə isə Bakıya separatçılıq gündəmini dəstəkləyən qurumların,hətta Ermənistan hüdudlarından kənarda fəaliyyət göstərsələr belə,qarşısının alınmasını tələb etmək imkanı verir.

Doğrudur, İrəvan eyni mexanizmdən Qərbi Azərbaycandan olanazərbaycanlıların geri dönüş məsələsinə qarşı istifadə etməyəçalışa bilər. Amma soydaşlarımızın Qərbi Azərbaycana qayıdışnməsələibeynəlxalq hüquqda bu, sərhədlərin dəyişdirilməsi yox,qaçqınların humanitar repatriasiyası kimi qəbul olunduğundan,İrəvanın heç bir manevr imkanı qalmır.

III maddə (güclə hədələməkdən və ondanistifadədən imtina) və IV maddə (daxili işlərə qarışmamaq) sənədinəsas dayaqlarıdır. Ayrılıqda onlar rutin görünə bilər, amma VIImaddə (üçüncü qüvvələr haqqında) ilə birlikdə bütöv birtəhlükəsizlik arxitekturası yaradır: xarici qüvvələr sərhəddənçıxır; tərəflər daxildən gərginlik yaratmamağı öhdələrinə götürür;hər hansı insident dərhal ikitərəfli gündəmin mövzusu olur,beynəlxalq şouya çevrilmir.

Bu, praktik olaraq hərbi və sərhəd idarəçiliyində məsuliyyətrejimini gücləndirir: təsadüfi atəş və ya mübahisəli sahədəmühəndis işləri artıq PR üçün yox, delimitasiyaçılar və birgəqrupların məsuliyyət zonasıdır.

V maddə siyasi düyünü açır: sülh sazişiimzalandıqdan sonra tərəflər diplomatik münasibətlər qururlar.Diplomatik protokol dilindən praktikaya çevriləndə bu, notalarınmübadiləsi, səfirliklərin və konsulluqların açılması, missiyalarınstatusu barədə razılaşma, həmçinin siyasi məsləhətləşmələrdəniqtisadi komissiyalara qədər standart ikitərəfli mexanizmlərin işədüşməsi deməkdir.

Bakı üçün bu, mövcud reallığın institutlaşdırılmasıdır:Azərbaycanın ərazisi, nəzarəti, subyektliyi və modernləşməgündəliyi var; indi bunlara qonşu dövlətin daxili və xaricisiyasətinə qanuni diplomatik kanallar vasitəsilə təsir imkanı daəlavə olunur.

İrəvan üçün isə bu, riskləri minimuma endirən və praktikifaydalara (ticarət, kommunikasiya, sərhəd təhlükəsizliyi) çıxışverən körpüdür. Fəqət bu diplomatiya assimmetrik olacaq: Bakı üstünmövqedən prosesə daxil olur, İrəvan isə vaxt qazanmaq və itkiləriazaltmaq ümidilə hərəkət edir. Səfirliklərin açılması mütləq həssasməsələlərin həllini tələb edəcək: diplomatik nümayəndəliklərinmühafizəsi, marşrutlar, personalın təhlükəsizliyi, ictimaikommunikasiya.

Hər halda, münasibətlərin institutlaşdırılması mübahisəlimövzuları emosional-siyasi müstəvidən işgüzar-bürokratik müstəviyəkeçirir. Və bu meydanda Azərbaycan bu gün daha güclüdür.

VI maddə gələcək mübahisələrin yarandığı, ammaeyni zamanda gələcək həllərin də formalaşdığı yerdir. Sovet dövrüsərhədlərinin beynəlxalq sərhəd kimi tanınması - I maddənin əsası -konkret xəttin yerində müəyyənləşdirilməsi öhdəliyi ilə müşayiətolunur. Burada qəsdən saxlanılmış minimal qeyri-müəyyənlik var. O,Azərbaycanın anklavlarının qaytarılması, arxiv materialları vəxəritələr əsasında xəttin korrektəsi, su obyektləri və yollarınnəzərə alınması üçün imkan yaradır.
Sülh gündəminin sürətlənməsi üçün sadaladığımız problemlərinsürətli həlli üçün İrəvana "təkan" verilməlidir:

1. Anklavlar və kommunikasiya.Anklavların Azərbaycana qaytarılması üçün dəhliz logistikası,giriş-çıxış rejimləri, mühafizə məsələləri həll olunmalıdır.

2. Xəritə bazası. Müxtəlif xəritədəstləri, fərqli “kəsim tarixi” (məsələn, 1920–1930-cu illər və yadaha sonrakı redaksiyalar) fərqli yozumlara zəmin yaradır.

3. Mübahisəli sahələrdə infrastruktur.Körpülər, elektrik xətləri, qaz kəmərləri: sahib kimdir, operatorkimdir, hansı kompensasiyalar ödənilməlidir.

Bununla belə, VI + VII maddələrinin tandemi prosesi daha davamlıedir: delimitasiya gedən müddətdə sərhəddə xarici qüvvələr yoxdur,təhlükəsizlik tədbirləri isə ikitərəfli razılaşdırılır. Bu isə“üçüncü əl” riskini, təxribatları və informasiyamanipulyasiyalarını ciddi şəkildə azaldır.

Ən həssas məqamlardan biri VII maddədir. Burada qarşılıqlısərhəddə üçüncü ölkə qüvvələrinin yerləşdirilməsi qadağan olunur.Yəni, faktiki olaraq Avropa İttifaqı müşahidəçilərinin Azərbaycantərəfindəki mövcud missiyasının çıxarılmasını tələb edir ki, bu daBakının birbaşa diplomatik uğurudur.

Ermənistanın bu çıxarılmanı sərhədin delimitasiyasınıntamamlanmasına bağlamaq cəhdi rədd edilib. İndi formul aydındır:bütün prosedurlar bitənədək heç bir “sərhəd himayədarı” olmayacaq.Azərbaycan üçün bu, xarici təzyiq alətinin aradan qalxması,Ermənistan üçün isə beynəlxalq iştirakı saxlayan mühüm mexanizminitirilməsidir.

IX maddə Birinci Qarabağ müharibəsi illərindəitkin düşmüş 4 min azərbaycanlının məsələsini ön plana çıxarır. Bu,təkcə meyitlərin tapılması və talelərin müəyyənləşdirilməsi yox,həm də hərbi cinayətlərin araşdırılması və təqsirkarlarınməsuliyyətə cəlb edilməsi perspektividir.

Hüquqi baxımdan bu, İrəvanın araşdırmalara mane olmamağıöhdəsinə götürməsi deməkdir, hətta əgər təqsirkar şəxslərErmənistanın keçmiş siyasi və ya hərbi fiqurları olsalar belə. Buisə Ermənistan üçün daxili siyasi risklərin artması deməkdir.

Separatizm və terrorizmlə mübarizəyə yönəlmiş VIII maddə təkcəbəyannamə deyil. II maddə (iddialardan imtina) ilə birlikdə bubənd, “Qarabağ revanşizmi”ni dirildən hər hansı fəaliyyəti hüquqizəhərlilik zonasına salan leqal filtrə çevrilir. Bakı üçün bu,təkcə xarici deyil, həm də daxili profilaktika vasitəsidir - mesajbudur ki, parçalanmanı dəstəkləyən bütün strukturlar beynəlxalq“çətir”dən məhrum olacaq.

İrəvan üçün bu maddə ağrılı, lakin praqmatikdir: o, siyasiqrupların “milli ləyaqət” şüarları ilə normallaşmanı sabotaj etməkyolunu kəsir. Ermənistanın bu müddəanı Qərbi Azərbaycandan olanazərbaycanlıların geri dönüş məsələsinə tətbiq etmək cəhdləri isəmetodoloji cəhətdən əsassızdır: söhbət qaçqınların hüquqlarından vəhumanitar hüquqdan gedir, “ərazi gündəliyindən” yox. Burada isəBakı mənəvi-hüquqi üstünlük qazanır.

IX maddə təxminən 4 min azərbaycanlınıntaleyinə fokuslanmaqla simvoldan konkretliyə keçidi ifadə edir. O,humanitar mövzunu xatirə-memorial müstəvisindən çıxararaqcinayət-hüquq məsuliyyəti müstəvisinə gətirir. Azərbaycan üçün bu,həqiqətin müəyyənləşdirilməsi və tərkib hissələri sübutayetirilərsə - günahkarların cəzalandırılmasına yönəlmiş sistemliistintaq tədbirlərini həyata keçirmək imkanıdır.
Ermənistan üçün risk ondadır ki, bəzi fiqurantlar siyasi baxımdanhəssas şəxslər ola bilər. Fəqət sənəd, əslində, İrəvanı əməkdaşlıqjestlərinə - arxivlərə çıxışdan tutmuş birgə axtarış qruplarındaişləməyə qədər - sövq edir. İmtinanın siyasi qiyməti, əməkdaşlığınqiyməti ilə müqayisədə dəfələrlə artacaq.

X maddə nəqliyyat, energetika, ekolojiəməkdaşlıq, təhsil, ticarət-iqtisadi əlaqələr kimi sahələrdə sektorrazılaşmaları paketinə qapı açır. Bu, hər sahənin öz kiçiknormallaşma prosesinə çevrildiyi, illərlə işləyəcək praktiki yolxəritəsidir.

XI maddə vurğulayır: "Saziş tərəflərin üçüncüdövlətlərlə münasibətlərini məhdudlaşdırmır". Başqa sözlə, sərhəddəüçüncü qüvvələrin mövcudluğuna qadağa, xarici oyunçularlaəməkdaşlıq qadağası demək deyil. Ermənistan Aİ və ABŞ ilə əlaqələrqura, Azərbaycan isə Türkiyə ilə strateji tərəfdaşlığıdərinləşdirə, Rusiya və İranla tarazlığı qoruya bilər. Yeganə“qırmızı xətt” - bu münasibətlər saziş öhdəliklərini və sərhədtəhlükəsizliyi balansını poza bilməz.

XII maddə ən güclü və hüquqi baxımdan ən təmizmüddəalardan biridir. O, ikitərəfli münasibətlərdə beynəlxalqhüququn və məhz bu sazişin üstünlüyünü təsbit edir, daxiliqanunvericiliyə istinad edərək öhdəliklərin icra olunmamasınıbirbaşa istisna edir. Azərbaycan–Ermənistan normallaşmasıkontekstində bu, son onilliklər ərzində Ermənistanın əsassiyasi-hüquqi qalxanı olmuş konstitusiya və digər aktlardasaxlanılan ərazi iddialarına dəqiq zərbədir.

Bəli, bu bənd İrəvandakı sənədləri avtomatik yenidən yazmır.Lakin daxili hüquqi normaların saziş öhdəliklərinə ziddiyyətinihüquqi məsuliyyətə çevirir - etiraz notasından və hökumətlərarasıiddialardan tutmuş beynəlxalq məhkəmə işinə qədər.

Sadə dillə desək: konstitusion pərdə artıq öhdəliklərinpəncərəsini örtə bilmir.

Azərbaycan üçün bu, Ermənistanın daxili hüquq bazasını əldəolunan razılaşmalara uyğunlaşdırmağa təzyiq kanalıdır; Ermənistanüçün isə siyasi yaddaşda - hüquqi mətnlərdə təsbit olunmuş -ağrılı, amma qaçılmaz düzəlişdir.

Texniki blok və icra mexanizmi XIII, XIV, XVI, XVIImaddələrdə əksini tapıb. Sözügedən maddələr sənədin“mühərriki”dir. Onlar prosedurları müəyyənləşdirir: öhdəliklər necəicra olunur, hansı komissiyalar və formatlar yaradılır, müddəalarhansı dillərdə və hansı vaxt çərçivəsində qüvvəyə minir, tərəflərfikir ayrılıqlarını necə qeydə alır və idarəolunan gündəmə keçirir.Vacib məqam odur ki, icra mexanizmi ikitərəfli formatda nəzərdətutulub - məcburi vasitəçilərsiz və kənardan “hakim” olmadan. Bu,məsuliyyət və suverenlik lehinə şüurlu seçimdir.

XV maddə tərəflərin bir-birinə qarşı məhkəməiddialarından və şikayətlərdən imtinasını təsbit edir. Bunun təsiriçoxqatlıdır.

Birincisi, illərlə siyasətin davamı kimi istifadə olunanbeynəlxalq məhkəmə və yarım-məhkəmə instansiyaları vasitəsiləeskalasiya xətti bağlanır.

İkincisi, mübahisəli məsələlərin məhkəməyə qədər həlli üçünstimullar yaranır - komissiyalar, ikitərəfli işçi qruplar, ekspertauditi. Üçüncüsü, hüquqi platformaların siyasiləşdirilməsipraktikasının qarşısı alınır, yəni müraciətlər daha çox hüququqorumaq üçün deyil, auditoriyanı səfərbər etmək üçün istifadəedilən bir vasitə olmaqdan çıxır.
Azərbaycan burada xaricdən öz ərazi bütövlüyünü və beynəlxalqstatusunu sual altına qoymaq cəhdlərini aradan qaldırır. Ermənistanisə siyasi resurslarını və vergi ödəyicilərinin pullarınıəvvəlcədən uduzulmuş işlərə sərf etməyərək, onları daxiliislahatlara yönəltmək imkanı qazanır.

Sazşin regional güc balansını dəyişməsinə gəldikdə isə, əsasməqamlara nəzər salaq:

1. Təhlükəsizlik. Sərhəddən xarici qüvvələrinçıxarılması və delimitasiya bitənə qədər qarşılıqlı razılaşdırılmıştədbirlər daimi gərginlik mənbəyini aradan qaldırır. Bakı sərhəddəməsuliyyətin aydın bölgüsünü əldə edir; İrəvan xarici “sığortaagenti”ni itirsə də, proqnozlaşdırıla bilən mühit qazanır.

2. Diplomatiya. Səfirliklər və müntəzəmməsləhətləşmələr institutlaşdırılmış çərçivə yaradır. Daha böyükiqtisadi və siyasi çəkisi olan Azərbaycan bu müstəvidə gündəmilayihə təklifləri, kredit xətləri, korporativ əlaqələrləformalaşdıracaq.

3. Hüquq. Beynəlxalq öhdəliklərin Ermənistanındaxili aktları üzərindəki üstünlüyü Azərbaycanın xeyrinə mühümdönüşdür. Bu, İrəvanı hüquqi sistemi yeni reallıqlarauyğunlaşdırmağa məcbur edir.

4. Humanitar ölçü. İtkinlərin axtarışı,cinayətlərin araşdırılması, qaçqınların geri dönüşü - bu sahədəBakı fəal tərəf kimi görünür, Ermənistan isə vicdanlı davranışnümayiş etdirməyə məcbur olur.

Cənubi Qafqazda sülh gündəliyinin gələcək mərhələlərində yenigərginlik ehtimalları istisna deyil və onların hər biri həm siyasi,həm də hüquqi baxımdan diqqətlə idarə olunmalıdır. Delimitasiya vəanklavlar məsələsi texniki xarakter daşısa da, siyasi yükü olduqcaağırdır.

Burada “paket yanaşma” labüddür: xəritələrin qarşılıqlımübadiləsi, təhlükəsizlik üzrə paralel tədbirlər, yol rejimlərininmüəyyənləşdirilməsi, torpaq kompensasiyaları və bəlkə də ekvivalentmübadilələr olmadan prosesin irəliləməsi çətin görünür. İctimairitorika da xüsusi risk mənbəyidir.

Ermənistanda “revanş” mövzusunun dirildilməsi cəhdləri sazişinII və VIII maddələrinə ziddiyyət yaradacaq, Azərbaycanda isə işğaldövrü cinayətlərini bəraətləndirməyə yönəlmiş hər hansı ritorikaeyni dərəcədə həssas reaksiya doğuracaq. Hərbi cinayətlər üzrəməhkəmə perspektivi isə ən kəskin mövzular sırasındadır. IX maddəçərçivəsində istintaqlar konkret epizodlara və adlara gətiribçıxararsa, İrəvana təzyiqin artacağı qaçılmazdır.

Optimal yol maksimum depolitizasiya olunmuş birgə istintaqqrupları və tam prosedur şəffaflığıdır. Ermənistanın hüquqinormalarının sinxronizasiyası məsələsi də mühüm sınaq olacaq.

Konstitusiya və digər normativ aktlara düzəlişlərin gecikməsiXII maddəni mütəmadi olaraq diplomatik notalar və demarşlarınmövzusuna çevirəcək. Bu mənzərədə Bakı və İrəvanın real maraqlarısənədin formulyasiyalarında aydın görünür.

Azərbaycanın əsas maraqları status-kvonun hüquqi təsbiti,delimitasiya, iddialar mövzusunun qapadılması, sərhəddən xariciqüvvələrin çıxarılması ilə de-eskalasiya, itkinlər və hərbicinayətlər üzrə humanitar ədalətin bərpası, eləcə də siyasi“mikropozucu” risklər olmadan iqtisadi layihələrin işəsalınmasıdır. Ermənistanın isə prioritetləri xarici risklərinminimuma endirilməsi, beynəlxalq layihələrə və bazarlara çıxış əldəedilməsi, kommunikasiya xətlərinin bərpası, daxildə siyasisabitliyin qorunması və ən ağrılı qərarların prosedur və zamançərçivəsində mümkün qədər uzadılmasıdır.

Bu qarşılıqlı maraqların kəsişmə nöqtəsində sülh gündəliyiningələcək istiqaməti müəyyənləşəcək.

Sazişin formulyasiyaları obyektiv olaraq Bakının maraqlarınadaha yaxındır: onlar beynəlxalq hüquq kanonuna (ittifaqrespublikalarının sərhədləri beynəlxalq sərhəd kimi) söykənir,həssas sahədə (sərhəd) xarici aktorların rolunu minimuma endirir,iddialar mövzusunu bağlayır və dialoqu Azərbaycanın daha üstünolduğu sahələrdə - hüquq, iqtisadiyyat və bürokratiya -institusionallaşdırır.

Saziş daha çox Azərbaycanın xeyrinədir. O, ölkənin əsasməqsədlərini təsbit edir: sərhədlərin və ərazi bütövlüyününtanınması, iddialardan imtina, sərhəddən üçüncü qüvvələrinçıxarılması, beynəlxalq öhdəliklərin Ermənistanın daxili aktlarıüzərində hüquqi üstünlüyü, həmçinin itkinlər üzrə humanitar-hüquqiblok.

Azərbaycan üçün açılan imkan pəncərələri delimitasiyanı hüquqicəhətdən əlverişli əsaslarda başa çatdırmaq, sektor razılaşmaları(X maddə) vasitəsilə regionun yeni iqtisadi konfiqurasiyasınıqurmaq, həmçinin ədalət və yaddaş gündəliyini hüquqi formatdahəyata keçirməkdir (IX maddə).

Ermənistan üçün sənəd - uzunmüddətli böhrandan idarə olunannormallaşma rejiminə keçid şansıdır. Yəni xarici “protezdən” asılıolmayan təhlükəsizlik proqnozlaşdırılması, diplomatiya vəiqtisadiyyat kanallarının açılması, daxili siyasi dalğalanmanınazalması, habelə çətin mövzuların elə bir prosedur müstəvisinəkeçirilməsi ki, burada sabotajın qiyməti əməkdaşlığın qiymətindənbaha olsun.

Ermənistan rəhbərliyi daxili normaları saziş iləsinxronlaşdırmaq, delimitasiyanı sürətlə və piarsız aparmaq, realbirgə layihələrə start vermək məcburiyyətindədir. Beləcə, CənubiQafqaz əbədi “dondurulmuş münaqişə” zonasından idarə olunan rəqabətzonasına çevriləcək.

Burada isə üstünlüyü, böyük sözləri kiçik real işlərə daha tezçevirən tərəf qazanacaq.

Azərbaycan buna hazırdır. İndi söz İrəvanındır.

Избранный
43
2
az.trend.az

3Источники