RU

Yeni tədris ilində 2 bağça istifadəyə veriləcək

2025-2026-cı tədris ilindən etibarən paytaxtın Yasamal rayonu 351, eləcə də Naftalan rayonu 2 nömrəli məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə start veriləcək.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla yanaşı cari ilin may-iyul aylarında Masallı rayonunun Ərkivan qəsəbə 2 nömrəli və Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Qeyd edilən təhsil müəssisələri üzrə 255 uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir.

Növbəlilik və prioritetlik prinsipi əsasında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir.

Qeyd edilib ki, bağça infrastrukturunun genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır.

Избранный
34
5
cebheinfo.az

10Источники