ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.
Bu barədə İsrailin "Ynet" qəzeti şirkətdəki mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu qərar Qəzza zolağında İsrailin hərbi əməliyyatı ilə əlaqədar Parisdə "gərginliyin artması" fonunda baş verir. "El Al"ın işçilərinə viza verilməsə, onlar ya Fransadan çıxmağa, yaxud "qeyri-qanuni işləməyə" məcbur qalacaqlar."İndiyədək şirkətin təhlükəsizlik işçiləri "diplomatik missiyaları qoruyan İsrail vətəndaşları" sayılır, onlara İsrail səfirliyi vasitəsilə viza verilirdi. Hərçənd, son 6 aydır ki, bu vizalar yenilənməyib. İsrail Xarici İşlər Nazirliyinin sözçüsü bu məlumatı təsdiqləyib", – qəzet yazır.Məlumata görə, məsələnin həlli istiqamətində İsrail səfirliyi Fransa Xarici İşlər Nazirliyi ilə danışıqlar aparır. Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.