RU

İran mediasında Zəngəzur dəhlizi çox qəribə şəkildə təqdim olunur

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranda bəzi media orqanlarında və sosial şəbəkədə Zəngəzur dəhlizi çox qəribə şəkildə təqdim olunur və İranın şimal sərhədlərini itirməsi kimi qiymətləndirilir.

Gununsesi.info xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani Tehranda keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, sözügedən Zəngəzur məsələsi İranın şimalında çox kiçik bir hissədədir.

Mohacerani qeyd edib ki, İran davamlı şəkildə bölgədə sabitliyin bərpa olunması, ölkələrin ərazi bütövlüyü və suverenliyin qorunmasını diqqət mərkəzində saxlayır:

“Əlbəttə İran heç vaxt qonşu ölkələrə əcnəbi qüvvələrin gəlməsinə sevinmir. Məsələlər diqqətli şəkildə izlənilməkdədir. Regionun özünün öz sabitliyini yaratması daha yaxşı seçim hesab olunur”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
119
13
icma.az

10Источники