RU

“İmişli” Avropa Klublar Assosiasiyasının üzvü oldu

2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “İmişli” Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.

Arena.az bu barədə bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb. Qurum UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edir.

Daha öncə Azərbaycan klublarından “Araz-Naxçıvan”, “Səbail”, “Qəbələ”, “Kəpəz”, “Neftçi”, “Zirə”, “Qarabağ”, “Sabah”, “Sumqayıt” və “Turan Tovuz” da ECA-ya üzv seçilmişdi.

Избранный
80
arena.az

1Источники